COVID-19-un yayılmasından ailənizlə birlikdə necə qoruna bilərsiniz?

Ətraflı məlumat

Qastroenterologiya

Blog Image

Qastroenterologiya bölməsi - Həzm sisteminin müxtəlif şöbələrinin xəstəliklərini, müalicə və profilaktikasını əhatə edir. Bu sistemə qida borusu, mədə, onikibarmaq bağırsaq və nazik bağırsağın digər şöbələri, yoğun bağırsaqlar, həmçinin hepatologiya bölməsində birləşdirilən – qaraciyər, öd kisə və ödçıxarıcı yollar, mədəaltı vəzi daxildir.

Qastroenterologiya üzrə göstərilən poliklinik xidmətlərlə yanaşı ən müasir endoskopik (qastro və kolonoskopiya) müayinə və müalicə metodları da tətbiq olunur.

product Image

Həmçinin bu bölmədə qastroenterologiyanın ayrılmaz bir bölməsi olan Hepatologiyanın əhatə etdiyi xəstəliklərin diaqnostikası və müalicəsi həyata keçirilir.

product Image
Team Area

Dr

Mətanət Cəfərova

Terapevt-Qastroentroloq

Team Area

Dr

Müslüm Nursoy

Qastroentroloq

Müalicə edilən xəstəliklər

  • Qastitlər
  • Ezofagitlər
  • Qəbizlik və ishal
  • Qastroezofagial refluks xəstəliyi
  • Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi
  • Helmintozlar (askaridoz, lyambilyoz, enterobiasis)
  • Nazik bağırsaq xəstəlikləri (enteritlər, çölyak xəstəliyi və s.)
  • Yoğun bağırsaq xəstəlikləri (kron, ulserativ kolit, divertikulid)
  • Üst və alt mədə-bağırsaq sistemi xəstəlikləri zamanı qanaxmalar
  • Qida borusunun funksional xəstəlikləri (udma pozğunluğu, disfagiyalar)
  • Düz bağırsaq xəstəlikləri: (proktit, hemoroid, anal çat, anal spazm və s.)
  • Öd kisəsi və mədəaltı vəzi xəstəlikləri (xolesistit, biliyar diskineziya, pankreatitlər və s.)
  • Qaraciyər xəstəlikləri: virus hepatitləri (B, C, A, D), Alkoqol hepatiti, Steatohepatit (qaraciyər yağlanması), Toksik hepatit, Autoimmun hepatitlər
  • Qaraciyər sirrozu
  • Sidik yolları xəstəlikləri
  • Tənəffüs sistemi xəstəlikləri
  • Qaraciyər kistası və hemangiomaları
  • Mübadilə pzoğunluqları, vitamin çatışmazlıqları
  • Metobolik pozulmalarla gedən qaraciyər xəstəlikləri
  • Mədə-bağırsaq xərçənginin skrininqi (xərçənginin proseslərinin erkən aşkarlanması)

İcra edilən prosedur və əməliyyatlar

  • Kolonoskopiya
  • Qastroskopiya
  • Polipektomiya
  • Ezofaqoqastroduedonoskopiya
  • Qaraciyər, öd yollarının biopsiyası
  • Parkutan – Endoskopik – Qastroskopiya (PEG)
  • Həzm sisteminə metal stentlərin yerləşdirilməsi
  • Terapevtik Endoskopiya (Qanamaların dayandırılması)
  • USM, KT, ERCP, MRCP, anqioqrafiya, dopler USM
  • Endoskopik – Retroqrad – Xolangio – Pankreotoqrafiya (ERXP)
  • Bant liposiyası (varikoz damarların endoskopik bağlanması)
  • Genetik qaraciyər xəstəliklərinin laborator diaqnostikası