COVID-19-un yayılmasından ailənizlə birlikdə necə qoruna bilərsiniz?

Ətraflı məlumat

Ginekologiya

Blog Image

Mama-Ginekologiya bölməsində yüksək ixtisaslı mütəxəssislərimiz, müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş əməliyyatxana və doğuş zalları ilə 7/24 Sizin xidmətinizdədir.

Ginekologiya bölməmizdə funksional (USM, endoskopik, rentgen müayinələr), laborator (bakterioloji, immunoloji, hormonal müayinələr), geniş diaqnostik müayinə və müalicələr tətbiq olunur. Şöbədə yüksək riskli hamiləliklərin təqibi, prenatal diaqnostika, izləmə, məsləhət və müalicə xidmətləri göstərilir.

product Image

Ginekoloji xəstəliklərin müayinə və müalicəsi ilə yanaşı, hamiləlik önü, hamiləlik vaxtı müşahidələr, müayinələr, doğuş və doğumsonrası təqiblər də edilir. Müasir tibbi təlabatlara və standartlara uyğun təşkil edilmiş palatalarda, sanitariya və gigiyenik qaydalara yüksək səviyyədə əməl olunur. Əməliyyat olunası xəstələr stasionar şöbəsində əməliyyata hazırlanır. Əməliyyatdan sonra isə yenidən şöbəmizdə yerləşdirilərək müvafiq tibbi xidmət göstərilir.

product Image

Bir qadının orqanizmində sağlamlığa təsir edən müxtəlif proseslər baş verə bilər. Belə hallar baş verdikdə ginekoloqa vaxtında baş çəkmək problemlərin vaxtında həllinə kömək edəcək.

Team Area

Dr

Fəxranə Hüseynzadə

Ginekoloq

Team Area

Dr

Samirə Hüseynova

Ginekoloq

Müalicə edilən xəstəliklər

  • Uşaqlıq sallanması
  • Sidik saxlamamazlıq
  • Aybaşı disfunksiyaları
  • Sonsuzluğun müalicəsi
  • Sidik qaçırmanın müalicəsi
  • Qızlarda hormonal pozğunluq
  • Vaginal infeksiyaların müalicəsi
  • Yumurtalıq kistalarının müalicəsi
  • Amenoreya - Yumurtalıq disfunksiyaları
  • Cinsi yolla keçən infeksiyaların müalicəsi
  • Abort və uşaq salmanın sonraki müalicəsi
  • Qadın cinsiyyət orqanlarının iltihabi xəstəlikləri
  • Uşaqlıq boynu eroziyası- yandırılması və müalicəsi

İcra edilən prosedur və əməliyyatlar

  • Hamiləlik təqibi
  • Boru müayinəsi
  • Ailə planlama
  • Kolposkopiya
  • İnseminasiya
  • Süni Mayalanma
  • Uroginekologiya
  • Ginekoloji əməliyyatlar
  • Laparoskopik cərrahiyyə
  • HSQ (histerosalpinqoqrafiya)
  • Açıq və endoskopik cərrahiyyə
  • Qeysəriyyə sonrası normal doğum
  • Təbii doğuş və qeysəriyyə əməliyyatı
  • Yumurtalıq şişlərinin endoskopik cərrahiyyəsi
  • Polikistoz yumurtalıq sindromlarında müalicə
  • Bədxassəli ginekoloji törəmələrin cərrahi müalicəsi
  • Uşaqlıq və sidik kisəsi sallanmalarının müalicəsi
  • Miyomaların cərrahi və konservativ müalicə metodları
  • Ginekoloji xəstəliklər, onların konservativ və cərrahi müalicəsi
  • Sidik tutabilmədə problemlərin konservativ və cərrahi müalicəsi
  • Uşaqlıq boynu xərçəngi və neoplazmaların profilaktikasında xüsusi tədbirlər və peyvənd tətbiqi (guadrivalan və bivalan peyvəndlər)