COVID-19-un yayılmasından ailənizlə birlikdə necə qoruna bilərsiniz?

Ətraflı məlumat

Oftalmologiya

Blog Image

Oftalmologiya bölməmizdə göz və görmə ilə bağlı bütün xəstəliklərin müayinəsi və müalicəsi həyata keçirilir. İxtisaslı oftalmoloqlarımız ən müasir avadanlıqların köməyilə görmə qabiliyyətini qiymətləndirir, göz xəstəliklərinin diaqnostikası və müalicəsini aparır.

Oftalmologiya bölməsi qlaukoma, katarakta, torlu qişa xəstəlikləri, buynuz qişa xəstəlikləri, göz qapağı xəstəlikləri, göz yaşı kanalı xəstəlikləri və uvea xəstəliklərinin müalicələri üçün müasir avadanlıqlarla təchiz olunmuşdur.

product Image

Oftalmologiya bölməmizdə göz xəstəliklərinin erkən mərhələlərdə aşkar edilməsi, müayinə və müalicələri həyata keçirilir. Xaricdə təhsil almış təcrübəli oftalmoloqlar tərəfindən göz xəstəliklərinə dəqiq diaqnoz qoyularaq müasir konservativ və cərrahi müalicə metodları seçilir və reallaşdırılır.

product Image
Team Area

Dr

Ad Soyad

Oftalmoloq

Müalicə edilən xəstəliklər

  • Uveitlər
  • Göz quruluğu
  • Göz tənbəlliyi
  • Qlaukoma (qara su)
  • Çəplik (Strabismus)
  • Ptergium və xalazyon
  • Allergik göz xəstəlikləri
  • Katarakta (mirvari suyu)
  • Torlu qişanın qopması xəstəliyi
  • Miyopiya, hipermetropiya və astiqmatizm
  • Göz infeksiyaları (bakterial və viral infeksiyalar)
  • Yaşla bağlı torlu qişa degenerasiyası (sarı nöqtə xəstəliyi)
  • Göz kanalının tıxanıqlığı və buna bağlı sulanma (lakrimal stenoz)
  • Göz qapağı xəstəlikləri (Ptoz, Ksantalezma, Entropion, Ektropion)
  • Torlu qişanın damar xəstəlikləri (Diabetə və yüksək qan təzyiqinə bağlı torlu qişa xəstəlikləri) və s.

İcra edilən prosedur və əməliyyatlar

  • Pakimetriya
  • Biometriya
  • Görmə alanı müayinəsi
  • Optik koherens tomoqrafiya
  • Qara su (qlaukoma) xəstələrində
  • Nazolakrimal probing cərrahiyyəsi
  • Mirvari suyu (katarakta) cərrahiyyəsi
  • Horizontal və vertikal çəplik cərrahiyyələri
  • Refraktiv şəffaf linza çıxarılması cərrahiyyəsi
  • Torlu qişa cərrahiyyələri (vitrektomiya)
  • Torlu qişa xəstəliklərində göz içi inyeksiyaları
  • Torlu qişa xəstəliklərində Argon lazer müalicəsi
  • Torlu qişa xəstəliklərində Fundus Floresein Angiografiya
  • Refraktiv göz içi linzaların yerləşdirilməsi cərrahiyyəsi
  • Ptergium (Geftli və Primer) və xalazyon cərrahiyyəsi
  • Dakriosistorinostomiya və punktoplastika cərrahiyyəsi
  • Torlu qişa xəstəliklərində Makulanın Optik koherens tomoqrafiyası
  • Refraktiv göz içi multifokal, torik və trifokal linzaların yerləşdirilməsi cərrahiyyəsi
  • Qara su (qlaukoma) cərrahiyyəsi (Trabekulektomiya və Ahmet qlaukoma valvi)
  • Pediatrik otorefraktometr müayinəsi (PlusOptix) (3 ay və daha böyük uşaqlara)
  • Göz qapaqlarının düşüklüyü (Ptoz) və göz qapaqlarının estetikası (blefaroplastika) cərrahiyyələri və s.