Dermatovenerologiya bölməmizdə müxtəlif yaş qrupları üzrə hər növdə saç, dırnaq, dəri və zöhrəvi xəstəliklərin (cinsi yolla keçən xəstəliklər) həmçinin allergik mənşəli dəri xəstəliklərinin ən son müasir üsullarla müayinəsi və müalicəsi həyata keçirilir.
Dermatovenerologiya bölməsində qabaqcıl texnologiyalı diaqnostika və müalicə metodları tətbiq edən yüksək ixtisaslı dermatoloqlar çalışır. Peşəkar dermatoloqlarımız hər pasiyentə individual yanaşaraq ona uyğun müalicə prosedurunu hazırlayır.
Dəri insan orqanizminin ən nəhəng orqanı hesab olunur. İnsan bədəninin müxtəlif yerlərində dərinin qalınlığı və hissiyatı müxtəlif olur. Dəri, bədənimizin ümumi örtüyünü əmələ gətirərək bilavasitə xarici mühitlə təmasda olur və bir sira funksiyalar yerinə yetirir. İnsan orqanizminin ən lazımlı mayesi olan su dəri olmadan bədəndə saxlana bilməz.
Hal-hazırda müalicəsi vaxtında aparılmalı olan çox sayda dəri xəstəliyi mövcuddur. Cinsi yolla keçən xəstəliklər və infeksiyalar, laqeyd qaldıqda bədənin bir çox orqan və sisteminə böyük zərər verə bilər.
Dermatoveneroloq vaxtında diaqnoz və müasir dərmanların təyin edilməsi ilə bütün bu xəstəliklərin öhdəsindən uğurla gəlməkdədir.