Medistyle Hospitalda geniş spektrli müxtəlif diaqnostik müayinələr və müalicəvi invaziv müdaxilələr həyata keçirilir. İnvaziv Radiologiya bölməsi müasir tibbin tələblərinə cavab verən, tamamilə modern rəqəmsal rentgen, ultrasonoqrafiya (USM), kompüter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT) və angioqrafiya (DSA) cihazları ilə təchiz olunmuşdur.
Həyata keçirilən bütün diaqnostik müayinələr PACS-a (görüntülərin arxivlənməsi və kommunikasiya sisteminə) göndərilir, görüntülər analiz edilərək nəticələr yazılır.
İnvaziv radiologiya, görüntü cihazlarından istifadə edərək həyata keçirilən hər hansı bir prosedura aiddir. Mütəxəssislər hesab edirlər ki, indiki dövürdə köhnə prosedurların çoxsu, artıq İnvaziv Radiologiya ilə əvəz edilə bilər. Bütün radiologiya metodları bədənin daxili orqanlarını və toxumalarını əməliyyatsız görünməyə imkan verir.