Medistyle Hospitalın nəznində fəaliyyət göstərən ″MediStyle Dental" stomatologiya mərkəzidə peşəkar stomatoloq, implantoloqlar cəmlənmişdir. Xaricdə uzun təhsil müddəti və praktika keçmiş bu həkimlər bu gün yüksək dərəcəli peşəkar kimi fəaliyyət göstərir və peşəkarlar arasında nüfuz sahibi kimi tanınırlar. Stomatoloji xidmətlər tam steril və fərdi yanaşma prinsipi ilə həyata keçirilir.
Dişlərin sağlamlığı, profilaktikası və implantoloji əməliyyatlar ağrısız üsullarla peşəkar stomatoloqlar tərəfindən həyata keçirilir. Hər bir pasiyentə fərdi yanaşılır və tətbiq olunan hər bir diaqnostik və ya müalicəvi manipulyasiya yalnız individual şəkildə aparılır.
Stomatologiya bölməmizdə ortodontiya, parodontologiya, endodontiya, ortopedik və uşaqlar üçün stomatoloji xidmətlər göstərilməkdədir.