Medistyle Hospitalda müasir standartlara cavab verən “Anesteziologiya və Reanimasiya” bölməsi fəaliyyət göstərir. Anesteziologiya-reanimasiya bölməsi ən müasir narkoz-tənəffüs aparatları, süni tənəffüs aparatı, defibrillyator, monitor kompleksləri və avadanlıqlarla təchiz olunub.
Anesteziologiya:
- Son nəsil avadanlıqlarla təchiz olunmuş əməliyyatxana otaqları
- Beyin, Trokal, Abdominal, Ginekoloji, Uroloji, Ortopedik əməliyyatlar
- İstifadə olunan anesteziyanın növləri: vena daxili anesteziya (larenqeal mask ilə), ümumi anesteziya və regional anesteziya
- Dünyada qəbul olunmuş anestezioloji protokollar əsasında beynəlxalq standartlara uyğun açıq və endoskopik əməliyyatlarda pasiyentin fərdi göstəricilərinə uyğun anesteziya
- Anesteziya aparatlarının yüksək həssaslı “alarm” sistemi hər hansı bir dəyişikliyi anında bildirir və bir sıra ağırlaşmaların qarşısını vaxtında almaq mümkün olur
- Əməliyyat zamanı pasiyentin həyatı göstəriciləri müasir və çoxfunksiyalı monitorlar vasitəsi ilə daimi nəzarətdə saxlanılır
Reanimasiya və intensiv terapiya:
- Çoxfunksiyalı çarpayılar
- Müasir çoxfunksiyalı monitorlar
- Bütün növ tibbi avadanlıq və preparatlarla təmin olunma
- Süni və köməkçi ventilyasiyasının aparılması və s.